Tv izlemede yeni dönem NAR TV

Konu, 'Faydalı WEB Sayfaları ve Linkler' kısmında nino tarafından paylaşıldı.

  1. nino
    Offline

    nino Süper Üye Üye

    Kayıt:
    5 Temmuz 2009
    Mesajlar:
    3.849
    Beğenilen Mesajlar:
    3
    Şehir:
    Everywhere
    Arkadaşlar bu gün çok güzel bir site buldum sizlerle paylaşmak istedim...
    adı Nar Tv

    Gizlenmiş İçerikGörmek İçin Foruma Giriş Yapınız. !


    uzun zamandır böyle bir şey arıyordum...
    İstanbulda 4-10 oktyabr tarixlərində keçirilmiş beynəlxalq «CeBIT Eurasia Bilişim 2010» sərgisində türkdilli dövlətlərin «TÜRKSOY» mədəniyyət təşkilatı və KATV1 brendinin sahibi olan «AG Telekom» şirkəti öz stendi ilə çıxış etmişlər.

    [​IMG]

    2010-cu ilin əvvəllərində Türkiyənin paytaxtı Ankara şəhərində «TÜRKSOY» təşkilatının baş katibi Duysen Kaseinovun, «AG Telekom» MMC-nin prezidenti Samir Qurbanovun və «Crown Capital Managament Ltd» (Böyük Britaniya) şirkətinin nümayəndələrinin birgə görüşü baş tutmuşdur. Görüşün nəticəsində türkdilli xalqlar üçün vahid teleradio portalın yaradılması qərara alınmışdır.

    «CeBIT Eurasia Bilişim 2010» sərgisində nar.tv portalı geniş auditoriyaya təqdim olunmuşdur. Hal-hazırda test rejimində fəaliyyət göstərən portal türkdilli xalqları birləşdirərək onlara türkdilli ölkələrin (Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan) televiziya və radio kanallarının translasiyaları ilə təqdim etməyi nəzərdə tutur. Perspektivdə bütün türkdilli xalqların mövcud televiziya və radio kanallarının portala əlavə edilməsi gözlənilir.

    [​IMG]

    Nar.tv digər teleportallardan bir neçə texnolojı yenilikləri ilə seçilir. Misal üçün, portal vasitəsilə kanalları canlı izləmək imkanı ilə bərabər, bütün kanallar 10 günlük tam arxivləşdirilir, beləliklə, istifadəçi 10 gün ərzində hər hansı bir kanalda efirə getmiş verilişi izləmək imkanına malikdir. Kanallarda yayımlanan hər hansı bir verlişi və ya epizodu kompyuterə yükləmək imkanı ilə yanaşı, yayımlanan hər kanalın səhifəsində verilişlərin proqramı ilə tanış olmaq mümkündür. Portalın sosial şəbəkələrlə inteqrasiyası nəticəsində istifadəçilər nar.tv vasitəsilə baxdıqlarını paylaşma bilərlər.

    [​IMG]

    Nar.tv vasitəsilə təxminən 20 kanalın pulsuz yayımı təşkil olunub, gələcəkdə müxtəlif maraqlara uyğun kanallardan ibarət olan pullu paketlərin də portala daxil edilməsi nəzərdə tutulur.
    «TÜRKSOY» və «AG Telekom»un birgə stendini böyük maraqla qarşılayan sərgi iştirakçıları nar.tv portalının gələcək planları və KATV1 kabel televiziyasının fəaliyyəti haqqında məlumatlandırılıblar.

    Gizlenmiş İçerikGörmek İçin Foruma Giriş Yapınız. !



    Alıntıdır.
     

Sayfayı Paylaş